Market əməkdaşını bıçaqla hədələyib soyğunçuluq edən şəxs saxlanıldı

Market əməkdaşını bıçaqla hədələyib soyğunçuluq edən şəxs saxlanıldı
22.05.2025 12:58 Hadisə

Suraxanı rayonu ərazisində yerləşən marketlərin birində soyğunçuluq hadisəsi qeydə alınıb. 

TodayPress TV xəbər verir ki, naməlum şəxs marketin əməkdaşını kəsici alətlə hədələyərək 750 manatını talayıb. 

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 23 yaşlı Ş.Dövlətov saxlanılıb. 

Araşdırma aparılır.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər