Lənkəranda avtomobil kanala aşdı: Yaralananlar var

Lənkəranda avtomobil kanala aşdı: Yaralananlar var
23.03.2026 00:44 Hadisə

Lənkəran rayonunda avtomobil yoldan çıxaraq aşıb.

TodayPress TV "Report"a istinadən xəbər verir ki, rayonun Qurumba kəndi ərazisində Lənkəran şəhəri istiqamətində hərəkətdə olan "Audi Q -7" markalı minik avtomobili idarəetmədən çıxaraq öncə yol kənarındakı qaz borusuna çırpılıb, daha sonra suötürücü kanala aşıb.

Qəza nəticəsində avtomobildə olan 6 nəfər yaxın qohumlar - 1953-cü il təvəllüdlü Yelena İvan qızı Qurbanova, 2019-cu il təvəllüdlü R. Qurbanov, 1981-ci il təvəllüdlü Ruslan Fərman oğlu Qurbanov, 2014-cü il təvəllüdlü F.Qurbanov, 1988-ci il təvəllüdlü Günel Cahangir qızı Qurbanova və 1973-cü il təvəllüdlü Maya Əbdüləzim qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar.

Onlara ilkin tibbi xidmətlər göstərildikdən sonra, müalicələrin davamı üçün müvafiq şöbələrə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər