Həyat yoldaşı üçün həbsxanaya narkotik keçirmək istəyən şəxsin qarşısı alındı

Həyat yoldaşı üçün həbsxanaya narkotik keçirmək istəyən şəxsin qarşısı alındı
14.08.2025 14:56 Hadisə

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Penitensiar xidmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə TodayPress TV-yə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məhkumun həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 2 ədəd siqaretin içərisində xüsusi üsulla gizlədilmiş həşiş qətranı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər