Hacıqabulda avtomobil aşdı - 5 nəfər xəsarət aldı

Hacıqabulda avtomobil aşdı - 5 nəfər xəsarət aldı
27.09.2025 23:25 Hadisə

Hacıqabulda yol-nəqliyyat hadisəsi zamanı beş nəfər xəsarət alıb.

TodayPress TV-nin məlumatına görə, hadisə rayonun Udullu kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində Sabirabad rayon sakinləri; Ağayev Daşqın Hafiz oğlu, 1977-ci il təvəllüdlü Paşayev Cəlal Vilayət oğlu, 1974-cü il təvəllüdlü Hüseynova Afət Əlisadıq qızı, 1968-ci il təvəllüdlü Əliyeva Təranə Həsənağa qızı və 2003-cü il təvəllüdlü Paşayev Əmralı Cəlal oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV


XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər