Göygöldə əlində protexniki vasitə partlayan uşağın barmağı amputasiya edildi

Hadisə

25.03.2026 11:40

Göygöldə əlində protexniki vasitə partlayan 13 yaşlı uşağın barmağı amputasiya edilib.

TodayPress TV-nin  məlumatına görə, hadisə martın 22-də rayonun Üçtəpə kəndi ərazisində baş verib.

Məlumata görə, Gəncə şəhər sakini 2013-cü il təvəllüdlü S.B-nın əlində pirotexniki vasitə partlayıb. Nəticədə onun əlində əzilmiş deşilmiş yaralar meydana gəlib və 1 barmağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

tag: Göygöl, Uşaq, Amputasiya, Barmaq, todaypress.tv,