Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı
16.08.2025 09:24 Hadisə

Ötən həftə Goranboy rayon Goranlı kəndi 10 sot biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs müəyyən olunub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan TodayPress TV-yə bildirilib ki, araşdırmalarla yanğının kənd sakini, 48 yaşlı Kənan Əlirzayevin ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

K.Əlirzayev saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər