Gəncədə yanğın xəstəxanada ciddi təşvişə səbəb olub

Gəncədə yanğın xəstəxanada ciddi təşvişə səbəb olub
21.07.2025 22:40 Hadisə

Gəncə şəhərində Abbas Səhhət adına Birləşmiş Xəstəxanasının həyətində yanğın hadisəsi qeydə alınıb.

TodayPress TV xəbər verir ki, səhiyyə ocağında formalaşan tibbi tullantılar naməlum şəxs və ya şəxslər tərəfindən xəstəxananın həyətində yandırılıb.

Alov və tüstü xəstəxanada ciddi təşvişə səbəb olub və əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvələri cəlb olunub.

Alov qısa müddət ərzində söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər