Gəncədə ev ustanın başına uçdu - Yeniləndi

Gəncədə ev ustanın başına uçdu - Yeniləndi
07.09.2025 16:25 Hadisə

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Mirzə Yusif Axundzadə küçəsində dağıntılar altında 1 nəfərin qalması barədə məlumat daxil olub.

TodayPress TV xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, söküntü işləri aparılarkən tikilinin bir hissəsinin uçması nəticəsində orada çalışan vətəndaş dağıntı altında qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində dağıntı altında qalmış 1985-ci il təvəllüdlü Kərimov Taleh İdris oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


***


14:55


Gəncədə bədbəxt hadisə baş verib.

TodayPress TV xəbər verir ki, hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb.

Belə ki sözü gedən ərazidə ev tikintisi zamanı uçqun olub. Nəticədə usta 40 yaşlı T.Kərimov dağıntılar altında qalaraq ölüb.

Məlumata görə, 3 nəfər xilas olub. Dərhal əraziyə FHN Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib. Ərazidə xilas etmə işləri gedir.

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Rubio: "BMT-nin fəaliyyəti yaradılma məqsədlərinə uyğun gəlmir" 20:59 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi 20:19 "Mən Kolumbiya bayrağını Trampa təhvil verməmişəm" - Petro 20:44 ABŞ-də güclü zəlzələ oldu 20:26 Azərbaycanın Bəhreyndə yeni səfiri fəaliyyətə başladı 19:59 Avtomobil satışı adı altında dələduzluq edən şəxs saxlanıldı 20:11 İran Küveyt və Bəhreynə hücumlarına bəraət qazandırdı: “Bu, özünümüdafiə idi” 20:11 Azərbaycan millisi Dünya Kubokunda növbəti qələbəsini qazandı 19:48 Sosial media fenomeninin istirahəti faciə ilə nəticələndi - VİDEO 19:53 Zelenski təsdiqlədi: NATO sammitində iştirak edəcək 19:35 Bütün Xəbərlər