Gəncədə 3 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq öldü
Gəncədə 7-ci mərtəbədən yıxılan azyaşlı ölüb.
TodayPress TV-nin məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. 2022-ci il təvəllüdlü M.Məmmədov prospektdə yerləşən 9 mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılıb.
Dərhal azyaşlı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Faktla bağlı araşdırma aparılır.