Gədəbəydə tövlədə kişi meyiti tapıldı
Gədəbəydə kişi evinin həyətində ölü tapılıb.
TodayPress TV xəbər verir ki, Abbasov Elşən Qiyas oğlunun meyiti yaşadığı evin həyətindəki tövlədə aşkarlanıb.
Mərhumun hansı səbəblə öldüyü bilinmir.
Faktla bağlı araşdırma aparılır.