FHN: Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirilib

Hadisə

07.04.2026 09:51

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri ötən gün və gecə saatlarında fasiləsiz davam etdirilib.

TodayPress TV xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hazırda Bakı şəhərinin Nizami, Sabunçu, Suraxanı, Binəqədi və Səbail rayonlarında, Sumqayıt şəhəri, Abşeron, Xızı, Şabran və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.

Qeyd edək ki, fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki Müdafiə Qoşunları, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri, eləcə də Bakı və Sumqayıt Regional mərkəzlərinin qüvvələri tərəfindən həyata keçirilir.

TodayPress TV

tag: FHN,Yağış,Suçəkmə,Proses,Todaypress.tv,