Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
İyunun 28-də və 29-da ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
- Axtarışda olduğuna görə ümumilikdə 75, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 30 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb.