Cəlilabadda avtomobilin vurduğu piyada öldü
Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV -nin məlumatına görə, hadisə rayonun Günəşli kəndi ərazisində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon sakini 29 yaşlı Məhəmməd Hüseynov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə həmkəndlisini - 49 yaşlı Ceyhun Rzayevi vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.