Biləsuvarda iki yol qəzası - Xəsarət alanlar var

Hadisə

09.04.2026 21:30

Biləsuvar rayonu ərazisində iki yol qəzası baş verib. 

TodayPress TV xəbər verir ki, ilk hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. 

Belə ki, rayonun Xırmandalı kənd sakini, 1991-ci il təvəllüdlü Rövşən Abbasov idarəetdiyi motosikleti maneəyə çırpıb. Nəticədə o müxtəlif bədən xəsarətləri alaraq, rayon xəstəxanasına çatdırılıb. 

Digər yol qəzası isə rayonun Amankənd kəndi ərazisində qeydə alınıb. Belə ki, "VAZ 2107" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su kanalına düşüb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, rayon xəstəxanasına yerləşdirilib. 

Hər iki faktla bağlı araşdırma aparılır.

TodayPress TV

tag: Biləsuvar, Qəza, Yaralı, todaypress.tv,