Biləsuvar sakinini ilan sancdı

Biləsuvar sakinini ilan sancdı
19.05.2025 20:30 Hadisə
Biləsuvar rayon sakinini ilan sancıb.

TodayPress TV xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1992-ci il təvəllüdlü Cəbrayılzadə Ramal Əzizağa oğlu həyətyanı sahədə ot toplayarkən onu ilan sancıb.

Zərərçəkən dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən ona zəruri tibbi yardım göstərilib. Hazırda R.Cəbrayılzadənin vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.
XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər