Bakıda və bölgələrdə silahlar aşkarlandı

Bakıda və bölgələrdə silahlar aşkarlandı
21.03.2026 18:12 Hadisə

Martın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı tapıb.

TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarışlar nəticəsində həmçinin 9 tüfəng, 1 patron darağı və 117 ədəd müxtəlif çaplı patron aşkar edilib götürülüb.

Qeyd edilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər