Bakıda saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi
01.07.2025 23:35 Hadisə

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.

TodayPress TV xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürova, Rəna Qafarova, Şəhla Süleymanova və Azər Tağıyevin hakimliyi ilə keçirilən prosesdə səkkiz nəfərin barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, saxlanılan şəxslər bir-bir məhkəməyə çıxarılıb.

İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfərin hamısı Rusiya vətəndaşlarıdır.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər