Bakıda evdən çürümüş meyit tapıldı

Bakıda evdən çürümüş meyit tapıldı
12.08.2025 05:19 Hadisə

Bakıda evdən meyit tapılıb.

TodayPress TV-nin məlumatına görə, hadisə Nizami rayonu ərazisində baş verib.

75 yaşlı qadın tənha yaşadığı evdə müəmmalı şəkildə ölüb.

Onun meyiti uzun müddət həmin evdə qalıb. Evdən pis qoxu gəldiyini hiss edən qonşular hüquq-mühafizə orqanlarına müraciət ediblər. Nəticədə evə daxil olan xilasedicilər qadının meyitini aşkar ediblər. Meyitdə çürümə əlamətləri müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər