Bakıda avtobusun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs saxlanıldı

Bakıda avtobusun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs saxlanıldı
20.05.2025 22:30 Hadisə

Mayın 17-də paytaxtın Yasamal rayonunda 65 saylı marşrut avtobusunun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs müəyyən olunub.

TodayPress TV xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 38 yaşlı Qurbanov Ruslan saxlanılaraq məsuliyyətə cəlb edilib.

Onun əməlinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər