Bakıda ard-arda oğurluq edən şəxslər tutuldu

Hadisə

11.11.2025 14:40

Paytaxtda  ard-arda oğurluq edən şəxslər tutulub.

TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, noyabrın 8-də Səbail rayonunda bir marketdən oğurluq edilib.

Zərərçəkən polisə müraciət edərək içində 1300 manat, 200 dollar, mobil telefon və sənədlər olan pul kisəsinin oğurlandığını bildirib.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 47 yaşlı R.Quliyev müəyyən edilərək saxlanılıb.

Sabunçu rayonunda isə bir evdən 4000 manat, həmçinin rayondakı mağazadan 300 manat oğurlamaqda şübhəli sayılan 35 yaşlı T.Hacıyev və bir qadın polis tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

TodayPress TV


tag: Daxili İşlər Nazirliyi,Oğurluq ,Səbail rayonu ,Bakı ,Todaypress.tv,