Azyaşlıların hərəkətə gətirdiyi avtomobil qəza törətdi: ÖLƏN VAR
Hadisə
07.04.2026 11:41
Bakının Xətai rayonunda azyaşlıların hərəkətə gətirdiyi avtomobil iki piyadanı vurub, ölən var.
TodayPress TV xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, Xətai rayon sakini İlham Qasımov "VAZ" avtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapıları açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb. Onun iki azyaşlı - 7 və 6 yaşlı övladları - nəqliyyat vasitəsinin sürətlər qutusuna müdaxilə edərək hərəkətə gətirib.
Uşaqlar avtomobildən düşməyə imkan tapsalar da, eniş istiqamətində sürət yığan nəqliyyat vasitəsi yolda olan iki qadını vurub.
Hadisə zamanı piyadalardan biri xəsarət alıb, digəri isə həyatını itirib.
tag: DİN,Azyaşlı,Qadın,Ölüm,Todaypress.tv,
Bakıda kişi tanışını bıçaqladı
30.06.2025
Bakıda kişi kirayə qaldığı mənzildə tanışını bıçaqlayıb.TodayPress TV xəbər verir ki, hadisə Nizami rayonunda baş verib....
Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanıldı
18.07.2025
Nəsimi rayonunda quldurluq və oğurluq edən 5 nəfər saxlanılıb.TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazir...
2025-ci ildə 42 təqsirləndirilən şəxs xaricdən ekstradisiya edilib
24.07.2025
Bu ilin altı ayı ərzində 42 təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.TodayPress TV xəbər veri...
Paytaxtda soyğunçuluq edən şəxs saxlanıldı
19.05.2025
Sabunçu rayonu ərazisində talama cinayəti qeydə alınıb. Əlvan metalların alqı-satqısı ilə məşğul olan bir nəfərə naməlum...
Qadını moped vurdu
13.08.2025
Gəncədə piyadanı maşın vurub.TodayPress TV ”Unikal”a istinadən bildirir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektind...
İsmayıllıda velosipedçinin vurduğu piyada öldü
25.06.2025
İsmayıllı rayonunda velosipedçinin iki həftə əvvəl vurduğu piyada həyatını itirib.TodayPress TV xəbər verir ki, hadisə i...
Gəncədə yanğın oldu - Zəhərlənənlər var
16.02.2026
Gəncədə yanğın olub.TodayPress TV-nin məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə...
Sabirabadda yol qəzası- Ölən və xəsarət alanlar var
22.05.2025
Sabirabadda baş verən qəzada Şıxsalahlı kənd sakini, 2009-cu il təvəllüdlü Abdullayev Əlikram Mahir oğlu ölüb.Bu haqda T...
Ötən ay 85 nəfər zəhərlənib
02.02.2026
2026-cı ilin yanvar ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 85 nəfər müxtəlif mənşəli zəhərlənmə...
Əsgəran postunda istehlaka yararsız iribuynuzlu heyvan cəmdəyi aşkarlandı
15.07.2025
Əsgəran postunda istehlaka yararsız iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb.TodayPress TV xəbər verir ki, bu barədə Azərba...
