Azərbaycan və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyaları arasında görüş keçirildi

Azərbaycan və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyaları arasında görüş keçirildi
04.06.2025 10:12 Hadisə

Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş keçirilib. 

TodayPress TV xəbər verir ki, görüş çərçivəsində tərəflər münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı humanitar məsələləri müzakirə ediblər.

Görüşdə məlumat mübadiləsi imkanları, axtarış tədbirlərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib.

Tərəflər humanitar sahədə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və itkin düşmüş şəxslərin ailələrinin maraqları naminə gələcək təmaslara hazır olduqlarını bildiriblər.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər