Ayrı-ayrı rayonlarda silah-sursat aşkarlandı

Ayrı-ayrı rayonlarda silah-sursat aşkarlandı
13.06.2025 13:32 Hadisə

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

 Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

İyunun 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 4 tapança, 2 qumbara, 4 tüfəng, 5 patron darağı və 60 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər