Avtomobilin şüşəsini qəsdən sındıran şəxs saxlanıldı

Avtomobilin şüşəsini qəsdən sındıran şəxs saxlanıldı
16.08.2025 14:40 Hadisə

Paytaxtda avtomobilin şüşəsini qəsdən sındıran şəxs saxlanılıb.

TodayPress TV xəbər verir ki, sosial şəbəkələrdə naməlum şəxsin paytaxtın Nizami rayonu ərazisində “KİA” markalı avtomobilin şüşəsini sındırması ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə əmlakı qəsdən məhv etmədə şübhəli bilinən 40 yaşlı Azad Zamanov müəyyən olunaraq saxlanılıb.

Onun barəsində toplanan material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və A.Zamanov 1 ay müddətinə inzibati qaydada həbs edilib.

FOTOLAR

Avtomobilin şüşəsini qəsdən sındıran şəxs saxlanıldı — 1
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər