Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etmədi
Ali Məhkəmə Samux rayonu İnstitut qəsəbə tam orta məktəbinin işdən çıxarılan direktoru Gülsafa Abbasovanın iddiasını təmin etməyib.
Bu barədə TodayPress TV-yə MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, Gülsəfa Abbasova ötən il sözügedən məktəbdə keçirilən “Son zəng” tədbirində kriminal xarakterli musiqinin ifa edilməsi səbəbindən vəzifəsindən kənarlaşdırılmışdı.