Ağdərədə yanğın törədən şəxslər saxlanıldı

Ağdərədə yanğın törədən şəxslər saxlanıldı
04.09.2025 21:00 Hadisə

Ağdərə rayonunun Ortatağ kəndində mürəkkəb reylefli dağlıq ərazidə yanğın baş verib. Yanğını törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan TodayPress TV-yə bildirilib ki, araşdırmalarla qaynaq işləri apararkən ehtiyatsızlıqdan əməli törədən şəxslər - 56 yaşlı Elçin Bağırov, 38 yaşlı Xəyyam Ağayev və 27 yaşlı Asif Qəhrəmanov saxlanılıblar. 

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər