Ağdamda əkin sahəsində yanğın törədən şəxs saxlanıldı

Ağdamda əkin sahəsində yanğın törədən şəxs saxlanıldı
23.08.2025 21:15 Hadisə

Ağdam rayonunun Əfətli kəndinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan TodayPress TV-yə  verilən məlumata görə, araşdırmalarla yanğını 64 yaşlı Nuşrəvan Əliyevin törətdiyi məlum olub.

Hadisə nəticəsində 1 hektar ərazidə ərazidə quru ot və kol-kos yanıb.

Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər