Abşeronda yaşayış binalarının yaxınlığında yanğın baş verdi

Abşeronda yaşayış binalarının yaxınlığında yanğın baş verdi
10.06.2025 23:00 Hadisə

Abşeron rayonunun Məhəmmədi dairəsində yerləşən açıq ərazidə yanğın hadisəsi baş verib.

TodayPress TV-nin məlumatına görə, alov yaşayış binalarına yaxın ərazidə qeydə alınıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları və polis əməkdaşları cəlb olunub.

Operativ müdaxilə nəticəsində yanğının yaşayış binalarına keçməsinin qarşısı alınıb. Hazırda hadisənin səbəbləri araşdırılır.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər