5 minə yaxın çətənə kolu aşkarlandı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 2-də ümumi çəkisi 1,1 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 4960 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.