41 yaşlı qadının meyiti tapıldı

Hadisə

07.04.2026 00:10

Biləsuvar rayonunda qadın meyiti aşkarlanıb.

TodayPress TV xəbər verir ki, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Xalidə Ağabəy qızı Rüstəmovanın meyiti yaşadığı evin həyətindəki tikilidə aşkar edilib.

Qeyd olunub ki, X.Rüstəmova iki uşaq anası olub.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

tag: Biləsuvar,Qadın, Meyit, Ölüm, todaypress.tv,