3 tondan artıq çətənə kolu aşkarlandı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 13-də ümumi çəkisi 70 kiloqrama yaxın narkotik vasitə götürülüb, yabanı halda bitmiş 3 tondan artıq çəkidə 3267 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.