29 yaşlı tur rəhbəri dağlıq ərazidə yıxılaraq öldü

29 yaşlı tur rəhbəri dağlıq ərazidə yıxılaraq öldü
02.08.2025 22:15 Hadisə

Lerik sakini bədbəxt hadisə nəticəsində ölüb.

TodayPress TV xəbər verir ki, hadisə Astara rayonunun Hamuşam kəndi ərazisində baş verib.

Kənddə turistlərə bələdçilik edən tur rəhbəri, Lerik rayonunun Günəşli kənd sakini 29 yaşlı Rufiz Zamanov ehtiyatsızlıqdan yıxılıb və baş nahiyəsindən ağır xəsarət alıb.

Ətrafdakıların köməyi ilə o, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına hospitalizasiya olunub.

Zamanov təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər