2 tondan artıq çətənə kolu məhv edildi

2 tondan artıq çətənə kolu məhv edildi
02.07.2025 10:53 Hadisə

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 1-də ümumi çəkisi 64 kiloqramdan artıq narkotik vasitə, 50 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 830 kiloqram çəkidə 366 ədəd çətənə kolu götürülüb.

Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Yabanı halda bitmiş 2 tondan artıq çəkidə 9784 ədəd çətənə kolu isə polis əməkdaşları tərəfindən aşkar edilərək məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər