1400 ədədə yaxın çətənə kolu aşkarlandı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 5-də ümumi çəkisi 13,5 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 1350 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.