Zelenski yeni sərhədlərin müzakirəyə açıq olduğunu açıqladı
"Kiyev gələcəkdə itirilmiş əraziləri geri almağa gücü çatmasa, ölkə yeni de-fakto sərhədləri müzakirə etməyə hazırdır".
TodayPress TV xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə “RİA”-ya açıqlama verib.
Belə ki, “Axios” portalının jurnalisti ona Rusiyanın yeni sərhədlərini tanımağa hazır olub-olmadığını soruşub.
Zelenski cavabında deyib ki, bu əraziləri gələcəkdə zorla deyil, diplomatik yollarla geri almağa çalışacaqlar.
Qeyd edək ki, sentyabrın 23-də ABŞ-nin Prezidenti Donald Tramp Zelenski ilə görüşüb və Ukraynanı “hərəkət etməyə” çağırıb. Tramp bildirib ki, Avropa İttifaqının dəstəyi ilə Ukrayna bütün ilkin ərazilərini geri ala bilər.
Jalə Rövşən