Zelenski Uitkoff və Kuşnerlə müzakirə apardı

Zelenski Uitkoff və Kuşnerlə müzakirə apardı
25.12.2025 21:40 Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni, sahibkar Cared Kuşner ilə telefon danışığı apardığını bildirib.

TodayPress TV xəbər verir ki, Zelenski bu barədə "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, tərəflər bəzi mühüm detallar ətrafında fikir mübadiləsi aparıblar.

“Birgə nəticə və davamlı sülh naminə işləyə biləcək yaxşı ideyalar var. Ümid edirəm ki, bugünkü Milad ərəfəsində əldə etdiyimiz bu razılaşmalar və müzakirə olunan ideyalar faydalı olacaq”, – deyə Ukrayna Prezidenti qeyd edib.

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər