Zelenski Trampla Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə etdi

Zelenski Trampla Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə etdi
18.08.2025 23:46 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə görüşündə ölkəsi üçün təhlükəsizlik zəmanətlərinin təmin olunması məsələsini müzakirə edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, Ağ Evdə Donald Trampla Avropa liderləri arasında keçirilən görüşdə danışıb.

Zelenskinin sözlərinə görə, görüşdə həmçinin humanitar məsələlər də diqqət mərkəzində olub.

Daha sonra Avropa liderlərinin də iştirak etdiyi genişləndirilmiş formatda müzakirələr aparılıb.

“Bu, çox yaxşı müzakirə oldu. Biz çox həssas məsələləri müzakirə etdik. İlkin olaraq müzakirə olunan mövzu təhlükəsizlik zəmanətləri haqqında idi. ABŞ-ın belə siqnal göndərməsi və zəmanətlər verməsi son dərəcə önəmlidir”, – deyə Zelenski bildirib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər