Zelenski TƏSDİQLƏDİ!: Rusiya ərazisinə uzaqmənzilli silahlarla zərbələr genişlənir
Ukrayna Prezidenti Volodimir Zelenski iyun ayı üçün Rusiya ərazisinə uzaqmənzilli silahlardan istifadə planlarını təsdiqlədiyini bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, axşam müraciətində məlumat verib.
Lider bildirib ki, Ukraynanın uzaqmənzilli zərbələri may ayında artıq öz effektivliyini göstərib. O, bu yanaşmanı daha da inkişaf etdirməyə çağırıb.
Zelenskinin sözlərinə görə, Kiyev Rusiyaya qarşı yönəlmiş uzaqmənzilli sanksiyaları "yaradıcı şəkildə inkişaf etdirmək" niyyətindədir. O, həmçinin endirilən zərbələrin dəqiqliyinə görə Ukrayna hərbçilərinə təşəkkür edib.
Aysel Mətləb