Zelenski: "Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücuma hazırlaşa bilər"
"Rusiya qüvvələri Ukraynaya yeni kütləvi zərbə endirə bilər".
TodayPress TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O, vətəndaşları hava həyəcanı siqnallarını diqqətlə izləməyə çağırıb.
"Rusların kütləvi zərbə endirə biləcəyinə dair kəşfiyyat məlumatları. HHM üçün müvafiq sərəncamlarımız artıq verilib", - deyə Ukrayna lideri vurğulayıb.