Zelenski: “Rusiya NATO-nu yaxın beş ildə sınağa çəkə bilər”

Dünya

24.06.2025 11:15

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya 2030-cu ildən etibarən daha böyük hərbi imkanlara malik olacaq və artıq yaxın beş ildə NATO ölkələrinə qarşı təzyiq və ya hücum cəhdləri edə bilər.

TodayPress TV xəbər verir ki, "Sky News" telekanalı Zelenskinin fikirlərinə istinadla yazır:

“Biz düşünürük ki, 2030-cu ildən başlayaraq Vladimir Putin əhəmiyyətli dərəcədə geniş imkanlara sahib olacaq".

Zelenskinin sözlərinə görə, hazırda Ukrayna Rusiyanın təhdidini cilovlayır, lakin gələcəkdə yeni hərbi təhlükələr istisna deyil. O iddia edir ki, Moskva artıq yeni kampaniyalar planlaşdırır:

“Putinə pauza lazımdır. Sanksiyaların ləğvi lazımdır. Peşəkar, yenidən qurulmuş bir ordu lazımdır. Onun üçün 10 il çox uzun bir müddətdir – həmin vaxta qədər yeni bir ordu hazır olacaq".

Qiymət Mahir

tag: Sanksiya,Putin,Zelenski,Ukrayna,Todaypress.tv,