Nepal rəsmiləri etiraz aksiyalarına görə təxliyə edilir
Dünya
09.09.2025 12:51
Nepal hökumətinin üzvləri ölkədə baş verən kütləvi etiraz aksiyaları səbəbindən mülki uçuşların dayandırıldığı Katmandu Beynəlxalq Hava Limanından hərbi helikopterlərlə təxliyə edilir.
TodayPress TV xəbər verir ki, bu barədə "India Today" telekanalı məlumat yayıb.
Verilən məlumata görə, əməliyyata ən azı beş helikopter cəlb olunub və hava limanında 300-dən çox hərbçi yerləşdirilib. Telekanal Nepalın Baş naziri Şarma Olinin də təxliyə olunma ehtimalının olduğunu bildirir.
Hazırda ölkədəki gərginlik və etirazlar səbəbindən təhlükəsizlik tədbirləri gücləndirilib, hökumət üzvlərinin təhlükəsizliyi təmin etmək məqsədilə əlavə tədbirlər görülür.
Xatırladaq ki, Katmanduda parlament binası yaxınlığında, hökumətin ötən həftə ölkədə sosial şəbəkələrin və mesencerlərin fəaliyyətinin məhdudlaşdırılmasına, habelə korrupsiyaya qarşı elan etdiyi qərara etiraz edən minlərlə nümayişçinin iştirakı ilə “Z nəslinin inqilabı” adlı aksiya keçirilib.
Türkan İsgəndərli
tag: Nepal,Etiraz,Aksiya,Təxliyə,Todaypress.tv,