Zelenski: “Rusiya İstanbul danışıqlarını qəsdən uzadacaq”
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə İstanbulda nəzərdə tutulan danışıqların gecikdiriləcəyini istisna etmir. Onun sözlərinə görə, Kreml bu prosesi sanksiyalardan yayınmaq üçün bilərəkdən uzada bilər.
TodayPress TV "RBC-Ukraine"yə istinadən xəbər verir ki, Zelenski bu fikirləri jurnalistlərlə söhbəti zamanı səsləndirib.
O, iyunun 22-dən sonra Ukrayna nümayəndə heyətinin İstanbul səfərinin mümkünlüyünü şərh edərkən deyib:
“İstanbul məsələsində ruslar vaxt udmağa çalışacaqlar – sanksiyaları gecikdirmək, prosesi uzatmaq və sair. Biz isə çətin seçim qarşısında qalacağıq – ya bu cür davam edəcəyik, ya da fərqli bir istiqamət götürəcəyik”.
Dövlət başçısı Ukraynanın müzakirələrdə hansı yolu tutacağı ilə bağlı hələlik konkret mövqe açıqlamayıb.
Qiymət Mahir