Zelenski Makronu belə mükafatlandırdı

Zelenski Makronu belə mükafatlandırdı
13.07.2026 20:24 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronu ölkənin ən yüksək dövlət mükafatlarından biri olan “Azadlıq” ordeni ilə təltif edib.

TodayPress TV xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edərək bildirib ki, Makronla keçirilən görüşdə Antiballistik Koalisiyanın və “İstəklilər Koalisiyası”nın qarşıdakı iclasları öncəsi prioritetlər, həmçinin ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Ukrayna liderinin sözlərinə görə, Fransa ilə münasibətlər strateji səviyyəyə yüksəlib və bunda Prezident Emmanuel Makronun şəxsi səyləri mühüm rol oynayıb. Zelenski göstərdiyi davamlı dəstəyə görə Makrona təşəkkür edib və onu “Ukraynanın əsl dostu” adlandıraraq “Azadlıq” ordeni ilə təltif etdiyini bildirib.

Tərəflər həmçinin cəbhədəki son vəziyyəti, Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi və Avropa antiballistik müdafiə sisteminin sürətləndirilməsi məsələlərini müzakirə ediblər.

Zelenski vurğulayıb ki, Fransanın malik olduğu texnologiyalar və imkanlar Ukraynanın müdafiəsinin gücləndirilməsi üçün böyük əhəmiyyət daşıyır və bu istiqamətdə müttəfiqlərlə birgə iş davam etdiriləcək.

Kübra Musayeva

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər