Fransa Ukraynaya yeni qırıcılar verəcək - SİYAHI
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna 2028-2029-cu illərdə Fransanın “Rafale” qırıcı təyyarələri ilə təmin olunacaq.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Makronun sözlərinə görə, Fransa, həmçinin Ukraynaya SCALP qanadlı raketlərinin, SAMP/T zenit-raket kompleksləri üçün Aster-30 raketlərinin və AASM Hammer idarəolunan aviasiya bombalarının istehsalı üçün lisenziyalar təqdim edib.
Kübra Musayeva