Səudiyyə Ərəbistanında neft emalı zavodlarına hücum edildi

Səudiyyə Ərəbistanında neft emalı zavodlarına hücum edildi
14.07.2026 00:40 Dünya

Son məlumatlara görə, naməlum təyyarələr Səudiyyə Ərəbistanında bir neçə neft emalı zavodunu hədəfə alıb.

TodayPress TV xəbər verir ki, hücumu həyata keçirən tərəf, zərbələrin endirildiyi dəqiq məkanlar və mümkün ziyanın miqyası barədə hələlik məlumat yoxdur. Səudiyyə Ərəbistanı hakimiyyəti hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

Bununla yanaşı, sosial şəbəkələrdə Səudiyyə Ərəbistanının Abha Beynəlxalq Hava Limanında baş verdiyi bildirilən yanğının görüntüləri yayılıb. 

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər