Zelenski Britaniya şahzadəsi ilə görüşdü
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Böyük Britaniya kralı III Çarlzın kiçik bacısı, şahzadə Anna ilə görüş keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə "RBC-Ukrayna" məlumat yayıb.
Məlumata görə, görüş zamanı Britaniyanın Ukraynaya verdiyi dəstək müzakirə olunub.
Şahzadə Annanın Ukraynaya səfəri çərçivəsində Uşaq Hüquqlarını Müdafiə Mərkəzinə də baş çəkdiyi bildirilir.
Türkan İsgəndərli