Zelenski: "Almaniya Ukraynanı NATO-da görmək istəyir"
Ukrayna prezidenti Volodimir Zelenski Almaniyanın xarici işlər naziri Yohan Vadeful ilə görüşüb. Görüş zamanı Almaniyanın Ukraynanı NATO-da görmək istədiyi vurğulanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Zelenski "Telegram"kanalında məlumat verib.
Prezident bildirib ki, Almaniyanın bu mövqeyi yüksək qiymətləndirilir və bütün tərəfdaşların bu baxışı bölüşməsi vacibdir.
O əlavə edib ki, görüşdə, həmçinin Rusiyaya qarşı sanksiyalar, birgə silah istehsalı və "IRIS-T" hava hücumundan müdafiə sistemlərinin tədarükü müzakirə olunub.
Türkan İsgəndərli