Zaxarova Türkiyəyə təyin olunacaq səfirlə bağlı sualdan yayındı
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova xarici işlər nazirinin müavini Sergey Verşininin Rusiyanın Türkiyədəki yeni səfiri təyin oluna biləcəyi ilə bağlı məlumatı şərh etməkdən imtina edib.
TodayPress TV xəbər verir ki, onun sözlərini "TASS" yazıb.
“Səfirlərin təyinatı prezidentin səlahiyyətindədir", - deyə o, qeyd edib.
Qiymət Mahir