Yunanıstan Moldovanın sabiq siyasətçisinin ekstradisiyasına qərar verdi
Yunanıstanın Afina Apellyasiya Məhkəməsi Moldovanın Demokratik Partiyasının sabiq lideri Vladimir Plahotnyukun ekstradisiyasına dair qərar qəbul edib.
TodayPress TV xəbər verir ki, bu barədə onun vəkili Luçian Roqak məlumat verib.
Vəkilin sözlərinə görə, məhkəmə Plahotnyukun işi ilə bağlı sənədləri araşdırdıqdan sonra ekstradisiyanı dəstəkləyən qərar çıxarıb.
Qeyd edək ki, bundan əvvəl Afina məhkəməsi Vladimir Plahotnyukun ona qarşı irəli sürülmüş bir sıra ittihamlarla bağlı ekstradisiyasına dair ayrıca qərar da vermişdi.
Qiymət Mahir