Yeganə yol BAĞLANDI: Heç bir maşın buraxılmır!

Dünya

10.04.2026 10:05

Gürcüstandan Rusiyaya gedən “Yuxarı Lars” keçidi bütün nəqliyyat vasitələri üçün bağlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.

Məlumata görə, Mtsxeta–Stepantsminda–Lars beynəlxalq avtomobil yolunun Qudauri–Kobi hissəsində hərəkət müvəqqəti dayandırılıb.

Bildirilir ki, buna səbəb qar uçqunu təhlükəsidir:

“Qudauri–Kobi sahəsində qar uçqunu riski ilə əlaqədar bütün nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti qadağan edilib”.

Qeyd edək ki, “Yuxarı Lars” keçidi hazırda Ermənistanı Gürcüstan üzərindən Rusiya ilə birləşdirən yeganə quru yoludur.

Qiymət Mahir

tag: Gürcüstan,Rusiya,Yuxarı Lars,Mtsxeta,TodayPress TV,